Bir gündə 7 pors meyvə-tərəvəz ye, ölümdən xilas ol!

1 Aprel 2014 12:02 (UTC+04:00)

Bir gündə 7 və daha çox pors meyvə və tərəvəz yemək ömrü uzadır. 65.226 kişi və qadın üzərində aparılan təfqiqatın nəticəsi belə göstərir. Bu haqda Movqe.Az BBC-yə istinad edir. Bir gündə 7 pors meyvə və tərəvəz yemək ölüm riskini 42 faiz, 5 pors isə 29 faiz azaldır. London Universitetinin tədqiqatçıları Milli səhiyyə Araşdırmasından-İngiltətərədə yaşayan insanlarla aparılan sorğu və həkim nəzarətlərindən-alınan məlumatlardan istifadə edərək onların pəhriz və həyat şəraitlərini müəyyən edib:

Gündə bir-üç pors meyvə və tərəvəz yemək ölüm riskini 14 % azaldır

Üç-beş pors 29% ;

Beş-yeddi pors 36%

Yeddi və daha çox pors 42 % ölm riskini azaldır.