Azərbaycanlı model Türkiyədə “ayın gözəli” seçildi – FOTO
1 Aprel 2014 11:54 (UTC+04:00)
Yaradıcılıq işlərini Türkiyədə həyata keçirən
azərbaycanlı model Könül Əzizovadan xəbər var. Movqe.az-ın
məlumatına görə, Türkiyədə nəşr olunan "Evos angels" jurnalında
"ayın gözəli" seçilib. Həmin jurnalda modelin açıqlamları ilə
yanaşı fotosessiyası da dərc olunub.
Xatırladaq ki, K.Əzimova illərdir Türkiyədə
fəaliyyət göstərir. Modelimiz bu günə qədər bir çox ölkələrinin
tanınmış modeliyerlərin deflələrində çıxış edib.
Onu da əlavə edək ki, K.Əzizova modelliklə yanaşı
aktrisa kimi də fəaliyyət göstərir. O, Türkiyənin "TRT" kanlında
yayımlanan "Beni böylə sev" serialında rol alıb.
K.Əzizovanın həmin jurnalda dərc olunan müsabisi
ilə yanaşı fotosessiyasını da bu linkdə izləyə
bilərsiniz.