Əməkdar artisti banka olan külli miqdarda borcu hər şeydən usandırdı

1 Aprel 2014 12:18 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov son zamanlar haqqında gəzən söz - söhbətdən təngə gəlib. Mövqe.az xəbər verir ki, ifaçı bu barədə belə deyib: " İstəmirəm bu sənətimdən yorulum, bezim. Özgələr, paxıllar nə qədər də çalışsalar məni ruhdan salsınlar alınmaz. İnşallah hər şey yaxşı olacaq. Çünki mənim sevdiyim Allahım var. Mənim sevdiyim ailəm var. Mənim mərd sadiq vəfalı və etibarlı dostlarım var. Bu varlıq mənim üçün hərşeydi və qədərindədi, şükür! ".


Xatırladaq ki, müğənninin banka külli miqdarda borcu olduğu bildirilib və borcunu artıq neçə illərdir ödəmədiyi üçün bank müğənnini məhkəməyə verib. Müğənni özü isə bu faktı inkar etməyib.