Ən gənc irqçi

19 İyun 2012 17:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Fransa seçkilərinin sürprizi, sağçıların lideri Jean Marie Le Penin 22 yaşılı nəvəsi Marion Marechal Le Penin vəkil seçilməsi olub. Bu zəfərlə Le Pen babasının intiqamını alıb.

Fransada bazar günü keçirilən seçkinin yeganə sürprizi 22 yaşılı, sarışın bir hüquq fakültəsi tələbəsindən gəlib. Carpentras bölgesinde milletvekili seçilən Marion Marechal Le Pen, bununla sağçı Milli Cephenin meclise daxil etdiyi iki vəkildən biri olub. Nəticələrə əsasən Marion Marechal Le Pen Fransız Parlamentinin ən gənc millət vəkili olmağı bacarıb.

Seçimde meclisdə yer ala bilməyən Milli Cəbhə lideri Marine Le Penin bacısı, Yann Le Penin qızı olan Marion Marechal Le Penin zəfəri, Fransada günün ən çox danışılan xəbərlərindən olub. Genc milletvekili bu zəfəriylə, partiyanın qurucusu 84 yaşlı babası Jean Marie Le Penin intiqamını alıb.

Təxminən 20 il əvvəl Carpentras bölgəsindəki Yahudi mezarlığı hücuma uğrayanda sağçıların simvolik lideri Jean Marie Le Pen hərəkətin arxasında olmaqla günahlandırılıb və prestijini itirib.

26 İL SONRA MƏCLİSDƏ

Marion Marechal Le Peni Carpentras Millət vəkilliyinə namizəd olmağa babası razı etmişdi. Milli Cəbhə, bazar günkü seçkidə iki milletvekili elan edərək, 1986-cı ildə bəri ilk dəfə parlamentə daxil olub. Sağçı partiyanın məclisə daxil etdiyi ikinci millet vekili də Gilbert Collardır.