Torrent nəhəngi geri qayıtdı

1 Aprel 2014 16:38 (UTC+04:00)

Başı bəladan xilas olmayan məşhur Bittorrent saytı yenidən yayımına başlayıb.


İki il əvvəl , qanunlarla başı dərdə girdiyi üçün bağlanan məşhur Bittorrent saytı Demonoid yenidən fəaliyyətə keçib.


 Movqe.Az xəbər verir ki, İngiltərə hökuməti tərəfindən bağlandıqdan sonra domen adı satışa çıxan Demonoidin keçmiş sahibləri tərəfindən, yoxsa yeni sahibləri tərəfindən yayımlandığı məlum deyil. Serverləri Ukraynada olan Demonoidin , bu vaxtlar çox qarışıq  və vətəndaş müharibəsinin astanasında olan Ukraynadakı qanuni boşluqdan faydalanaraq yenidən yayıma girdiyi düşünülür.