Küçə ortasında cinayət!

1 Aprel 2014 18:15 (UTC+04:00)

Səudiyyə Ərəbistanda bir nəfər səbəbsiz yerə küçədə dayanan  Banqladeş əsilli şəxsi dəfələrlə bıçaqlayaraq öldürüb. Movqe.az xəbər verir ki, hadisənin daha da dəhşət verən tərəfi cinayət işlənərkən küçədən onlarla vasitə keçməsinə baxmayaraq bir heç kimin heç nə etməməsidir.


Görüntülərdə qatilin yerə saldığı qurbanını iki əliylə tutduğu bıçaqla küçə ortasında dəfələrlə bıçaqladığı və  sonra arxasını dönüb hadisə yerindən uzaqlaşdığı görülür. 


Bu vaxt nəqliyyatın normal axışına davam etdiyi və küçənin hər iki tərəfindən onlarla vasitənin keçdiyi diqqət çəkir.