Şirvanlı oğlan Bakılı qızı qaçırdı-Özəl
1 Aprel 2014 18:16 (UTC+04:00)
Paytaxtda17 yaşlı qız Şirvan rayon sakini tərəfindən qaçırılıb. Bu
barədə Movqe.az-a"Təmiz Dünya" İctimai
Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. M.
Zeynalovanın sözlərinə görə, hadisə bir neçə gün öncə baş verib:
"Şirvan rayon sakini olan 21 yaşlı oğlan M. A (adı şərtidir) Q.A-nı
qaçırdaraq Şirvan rayonuna aparıb. Bu barədə qızın valideynləri
mənə məlumat veriblər. Valideynlər qızın zorla qaşırıldığını
söyləsələr də, oğlan tərəf qızın razılığı ilə gəldiyini söyləyir.
Qızın valideynləri bu barədə Şirvan polisinə müraciət etsələr də,
orda bu məsələyə baxan olmayıb. Bildirilib ki, Bakıda polisə
müraciət edin. Valideynləri də Nəsimi rayon polisinə bu barədə
müraciət ediblər. Onlar isə məsələyə, yəni adam oğurluğuna aid
olmayan maddə ilə 176-cı maddə ilə iş açıblar".
M. Zeynalova qızın 17 yaşının olduğunu söyləyib. Həmçinin qızın
valideynlərinə oğlan tərəf qızla görüşmək üçün imkan yaratmırlar.
Bu isə qızın öz razılığı, yoxsa zorla qaçırıldığı barədə şübhə
yaradır.