Azərbaycanda avtomobil sığortası müqavilələrinin sayı 1,7% artıb

1 Aprel 2014 20:01 (UTC+04:00)

Bu ilin mart ayında Azərbaycanda 61 215 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.İcbari Sığorta Bürosundan (İSB) movqe.az-a verilən məlumata görə, bunların 19,8 minə yaxın xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,4 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,7%, sığorta haqlarının məbləğində 2,4% artım müşahidə edilib.

Bu ilin fevral ayında orta sığorta haqqı 72,9 manat təşkil edib.