Bakıda məktəbli oğlanı amansızlıqla öldürdülər
2 Aprel 2014 11:28 (UTC+04:00)
Bakıda daha bir qətl hadisəsi törədilib. Binəqədi
rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Binəqədi şosesində,
"Davud market"in qarşısında 1998-ci ilin dekabr ayında Şərur
rayonunda anadan olmuş Abdullayev Mobil Mehman oğlu amansızlıqla
qətlə yetirilib. Axşam saatlarında çoxsaylı bıçaq xəsarətləri
ilə Kliniki Tibbi Mərkəzə gətirilən 16 yaşlı oğlanın həyatını xilas
etmək mümkün olmayıb. Orta məktəbin 10-cu sinif şagirdi olan
M.Abdullayevin kim tərəfindən və hansı səbəbdən öldürülməsi hələlik
məlum deyil. Faktla bağlı cinayət işi açılıb. əməliyyat-axtarış
tədbirləri həyata keçirilir.