Bu gün Bakının bəzi rayonlarında su olmayacaq

2 Aprel 2014 12:04 (UTC+04:00)

Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin saytında verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 02 aprel 2014-cü il tarixində gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.