Aygün Natəvanı söydü : " Natəvan... yeyəcək, öz erməni əcdadlarının..."
2 Aprel 2014 12:27 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova yenidən müğənni Natəvan Həbibini erməni
adlandırıb və onun şərəf, ləyaqətini təhqir edib. Mövqe.az xəbər
verir ki, Aygün Kazımova Tural Ozanın aparıcılığı ilə yayımlanan
"Şou+" verlişinin bu həftə efirə gedəcək anonsunu görüb və
qəzəblənib. Süjetdə belə anons edilir ki, Natəvan Həbibi "Aygün -
Ramal" qarşıdurmasına münasibət bildirəcək. Xalq artisti Aygün
Kazımovanın Natəvanı təhqir etdiyi ifadələr qeyri-etik olduğu üçün
sadəcə sizə həmin yazının sürətini təqdim edirik.
Qeyd edək ki, Ramal İsrafilovun və Aygün Kazımova
qarşıdurmasının səbəbi "Biletini alma " mahnısı olub. İ. Ramal
əvvəl mahnısını xalq artistinə versə də, sonradan həmin mahnını özü
oxuyub və Aygün Kazımovanın ifasını bəyənmədiyini qeyd edib. Bundan
sonra Ramal Aygündən bir neçə dəfə üzr istəyib, hətta başına gül
belə səpib. Amma xalq artisti Ramalın hərəkətlərini
önəmsəməyib.