Ev heyvanlarından insanlara pnevmoniya təhlükəsi

2 Aprel 2014 13:01 (UTC+04:00)
Uşaqların heyvanları sevməsi müsbət hal olsa da, valideynlər övladlarını heyvanlarla təmasda olarkən diqqətdən kənarda qoymamalıdırlar. Bu günlərdə Britaniyada 19 yaşlı qıza pişikdən pnevmoniya xəstəliyinin  keçməsi valideynləri diqqətli olmağa vadar edir. Ölkənin baş pediatrı Nəsib Quliyev də heyvanlardan insanlara ən təhlükəli xəstəliklərin keçmə ehtimalının olduğunu söyləyib: "Pişikdən insanlara təkçə pnevmoniya yox, təhlükəli viruslar da keçə bilər. sitomeqalovirus, qurd xəstəlikləri yoluxa bilər. Ona görə də, valideynlər ehtiyatlı olmalı, evdə pişik saxlayarkən mütləq baytar nəzarətindən keçən heyvanları saxlamalıdırlar. Yoxsa özləri də bilmədən uşaqlarına ən təhlükəli xəstəlikləri yoluxdura bilərlər".