27 yaşlı baba

2 Aprel 2014 14:12 (UTC+04:00)

İngilis "The Sun" qəzetinin verdiyi xəbərə görə, 14 yaşında qızı olan həbsxanadakı bir məhkum, 27 yaşında baba olaraq İngiltərədə yeni bir rekord qırıb. 


Movqe.Az qəzetə istinadən xəbər verir ki, İngiltərənin ən gənc babası olan cinayət təqsirindən hökmlü məhkumun qızının, öz yaşlarındakı oölandan hamilə qaldığı öyrənilib. 


Qızı 2 yaşındaykən bıçaqla bir şəxsi öldürən məhkumun, qızına uşağı doğmaması üçün dil tökdüyü aydın olub. Gənc qız, hamiləlik fotoşəkillərini Facebooka qoyduqda yaxınları qatil atasını dinləməyib uşağı saxladığı üçün onunla fəxr etdiklərini bildirərək təbrik mesajları göndəriblər.


Qanuni səbəblərlə baba və qızının adları gizli tutulur.