Azərbaycanda 7 azyaşlı qidadan zəhərlənib

2 Aprel 2014 14:08 (UTC+04:00)

Azərbaycanda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, aprelin 1-də Bərdə rayonu Kələntərli kənd sakinləri, azyaşlılar - Ayşən Vəliyeva, Ömər Vəliyev, Ruhin Vəliyev, Yusif Vəlizadə, İbrahim Vəliyev, Zəhra Vəliyeva və Saleh Vəliyev qidadan (tort və lobyadan) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərildiyi bildirilib.