"Eurovision-2012"ni izləyən tamaşaçıların sayı açıqlanıb
19 İyun 2012 21:44 (UTC+04:00)
APA-nın
escdaily.com saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanda
mayın 22-si, 24-ü və 26-da keçirilən müsabiqənin ölkələrdəki
izlənmə sayı açıqlanıb. 57-ci "Eurovision" yarışmasında iştirak
edən 42 ölkədən 25-nin baxılma statistikası artıq məlumdur. Belə
ki, bu il müsabiqənin mayın 26-da keçirilən final şousuna ən çox
Almaniyada baxıblar (8. 290.000 izləyici). Ən az göstərici isə
İsraildə qeydə alınıb (100 min nəfər). I yarımfinalı ən çox
Yunanıstanda, ən az isə Slovakiyada izləyiblər. II yarımfinalı isə
ən çox Ukraynada, ən az isə yenidən Slovakiyada baxılıb.
Final şousunu Böyük Britaniyadan 7.590.000,
İspaniyadan 6.542.000, Fransadan 3.980.000, Ukraynadan 3.700.000,
İsveçdən 3.241.000, Serbiyadan 3.100.000, Yunanıstandan 2.578.253,
Rumıniyadan 2.295.000, İtaliyadan 1.400.000, Niderlanddan
1.063.000, Norveçdən 1.094.000, Litvadan 1.300.000 tamaşaçı
izləyib.
Ən çox reytinq isə İsveçdə müşahidə olunub. Belə
ki, ölkədə final şousunu izləyənlərin sayı 3 milyondan çox olsa da,
həmin efirin reytinqi 84 faizi olub.
Türkan Nadirqızı
Movqe.Az