Artıq ateistlərə terrorist rəftarı ediləcək

2 Aprel 2014 17:57 (UTC+04:00)

Səudiyyə Ərəbistanda edilən yeni bir qanun dəyişikliyiylə ateistlər artıq terrorist qəbul ediləcək və 20 ilə qədər həbslə cəzalandırılacaq.

Movqe. Az xəbər verir ki, Əl Arabiyanın xəbərinə görə, Səudiyyə Ərəbistan Kralı Abdullah tərəfindən qəbul edilən qərara görə ateistlər, Əl-Qaidə və Səudiyyə Hizbullahı kimi terrorist qruplarla eyni kateqoriyada dəyərləndirilməlidir.


Bu çərçivədə, "ateist düşüncəni müdafiə edənlər və İslam dininin təməllərini sorğulayanlar" terrorla mübarizə qanununa görə mühakimə olunacaq və 20 il həbslə cəzalandırılacaq. Qanun insan hüquqları təşkilatlarının reaksiyalarına səbəb olub.