Müğənninin atası anasının qatili olub

2 Aprel 2014 18:25 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Müslüm Gürsəsin həyatında  illər öncə heç filmlərdə belə çox az-az təsadüf etdiyimiz bir  faciə baş verib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Müslüm Gürsəsin atası ilə görüşməməsinin səbəbi bəlli olub. İlk zərbəni böyük qardaşının öldürülməsindən alan ifaçı İstanbula gəlib. Ailəsi də Şanlıurfadan Adanaya köçüb. Lakin Adanada daha acı bir hadisə yaşanıb. Müğənninin atası Məhmət Akbaş, anasının qatili olub. Akbaş, həbsxanada cəzasını çəkib vətəni Şanlıurfaya döndükdən sonra isə yenidən evlənib. Baş verən hadisələri atasına bağışlamayan Müslüm Gürsəs isə uzun müddət atası ilə görüşməmək qərarı alıb və oradan uzaqlaşıb.