NSA yenə sualları cavabsız qoydu

2 Aprel 2014 19:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniya Baş naziri Angela Merkelin mobil telefonunun Amerikan Milli Təhlükəsizlik Agentliyi ( NSA ) tərəfindən dinlənməsindən sonra ABŞ-dan şərh tələb edən Alman hökumətinin , bu günə qədər suallarına cavab ala bilmədiyi bildirilib.


Alman Xəbər Agentliyinin ( DPA ) xəbərinə görə , Sol Partiya Məclis Qrupu rəhbər Köməkçisi Jan Kortenin sualını cavablayan Alman Federal hökuməti , NSA dinləmə skandalı mövzusunda ABŞ-ın Berlin səfirliyinə çatdırdıqları suallara bu günə qədər heç bir cavab gəlmədiyi məlumatını verib.


Hökumətin sual təklifinə verdiyi cavaba görə , Almaniya Daxili İşlər Nazirliyi 11 İyun , 26 Avqust və 24 Oktyabr 2013 tarixlərində ABŞ səfirliyinə NSA-nın dinləmə fəaliyyəti haqqında bir sıra suallar yönəldilib. Nazirlik , "Heç bir yazımıza indiyə qədər cavab verilməyib " ifadəsini işlədib.