Tarif Şurası: Metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı məsələ gündəmdə deyil

2 Aprel 2014 20:10 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev metroda gediş haqlarının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

A.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət daxil olmayıb və bu məsələ Tarif Şurasında müzakirə olunmur.