İtkin düşən məktəbli qızlar tapılıb

3 Aprel 2014 11:19 (UTC+04:00)

Xaçmaz rayonunda itkin iki məktəbli tapılıb.Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hər iki məktəbli axşam saatlarında tapılaraq ailələrinə təhvil verilib. Qeyd edək ki,

Xaçmaz Rayon Polis Şöbəsindənverilən məlumata görə, Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri, 2001-ci il təvəllüdlü Tağıyeva Jalə Bəxtiyar qızı və Arzu Cəlilova günorta saatlarında dərsdən çıxdıqdan sonra evə qayıtmayıblar.