Allahşükür Paşazadə ölkənin şimal rayonlarına səfər edib

3 Aprel 2014 11:49 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfəri başlayıb.


Movqe.az-ın verdiyi məlumata görə, QMİ sədri bu gün öncə Qubada, daha sonra isə Xaçmaz və Qusarda dini icmaların rəhbərləri ilə görüşəcək.

 

Görüşlər dini maarifləndirmə xarakteri daşıyır. Allahşükür Paşazadə Quba Soyqırımı Memorial Kompleksinə də baş çəkəcək.