Möhkəm pəhrizlə ömrünüzü uzada bilərsiniz!

3 Aprel 2014 12:02 (UTC+04:00)

Yeni araşdırma , meymunlarda möhkəm pəhrizlə ömrü uzatmağın mümkün olduğunu göstərib.


Movqe.Az xəbər verir ki, indiyə qədər həddindən artıq aşağı kalorili pəhriz yolu ilə yaşlanmağın təsirini azaltmaq düşüncəsi soxulcanlar və siçanlar üzərində edilmiş təcrübələrə əsaslanırdı.


Nature Communicationsda nümayiş olunan araşdırmaya görə , primatlarda da belə bir pəhrizin işə yaradığı görülüb.

Lakin qidalanma mütəxəssisləri , insanlarda həddindən artıq kalori limitinə təmkinli yaxınlaşmaq lazım olduğu və bu sahədə daha çox araşdırmaya ehtiyac olduğu xəbərdarlığını edib.

Kalori limitinə əsaslanan pəhrizi müdafiə edənlər , 75 illik elmi məlumatları qaynaq göstərərək bu yolla daha uzun yaşamağın mümkün olduğuna inanır.

Bu mövzudakı araşdırmaların çoxu siçan və soxulcanlara əsaslanır .



Lakin ABŞ-da Wisconsin -Madison Universitetindən bir qrup , kalori məhdudiyyətinin primatlarda da işə yaradığını göstərən bir araşdırma nümayiş edib.

 

Onlarla il  meymunlar üzərində aparılan müşahidələr , kalori məhdudiyyətinin ömrü uzatdığını aşkar edib.


Universitetin tibb fakültəsindən Dr Rozalin Anderson , "Kalori məhdudlaşdırması primatlarda da yaşlanmağı gecikdirir. Araşdırmalarımız bu məlumatları təsdiqləyir. " deyib.


Araşdırmaya qatılan sağlam yetkinlər , illərlə  25 faiz daha az kalori ehtiva edən və ümumiyyətlə tərəvəz , meyvə ( xüsusilə alma ) və şorbadan ibarət olan bir pəhriz saxlayıb.

Lakin qidalanma mütəxəssisləri , insanlar üzərində edilən təcrübələr nəticə verənə qədər kalori məhdudlaşdıran pəhrizlərə təmkinli yaxınlaşmaq lazım olduğu xəbərdarlığını edir.