Bakı-aeroport yolunda maşın 3 piyadanı vurdu

3 Aprel 2014 12:00 (UTC+04:00)

Ötən gün 21:00 radələrində aeroport yolunda ağır qəza baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətdindən Movqe.az-a verilən məlumata görə, hadisə Xəzər rayonu Bakı-Mərdəkan yolunda qeydə alınıb.


Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub.


Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, T.Zərbalıyeva 3 saylı xəstəxanaya ölüb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.