Fələstinin BMT üzvlüyü müzakirə olunacaq

3 Aprel 2014 13:03 (UTC+04:00)

İsrail ilə sülh danışıqları alınmadığı üçün Fələstin Dövlət Başçısı Abbas , BMT təşkilatlarına üzvlük prosesini başladıb. ABŞ xarici işlər naziri Kerrinin həmsədrlikdən çəkilməsi gözlənilir


Fələstin - İsrail arasında 3 il aradan sonra ABŞ-ın vasitəçiliyi ilə başlayan sülh danışıqları sonlanıb.  Fələstin Dövlət Başçısı Mahmud Abbas dünən gecə Fələstin Birləşmiş Millətlər Təşkilatının ( BMT) təşkilatlarına üzvlük prosesini başladacaq imzanı atıb. Abbas , etdiyi şərhdə , "İsrailin pozuntuları qarşısında daha əvvəl də bəyan etdiyimiz kimi 63 beynəlxalq təşkilatın qapısını döyərək razılaşmaları imzalayacağıq. Hazırda rəhbərlik olaraq 15 beynəlxalq təşkilatda iştirak etdik və əlaqədar müqavilələrin imzalanması mövzusunda razılığa gəldik. Üzvlük müraciətləri təşkilatlara dərhal göndəriləcək" deyib. 


Abbas imza mərasimində hər nə qədər " Bu addım ABŞ-a və ya başqa bir tərəfə qarşı bir hücum deyil " desə də mütəxəssislər Fələstinin BMT quruluşlarına müraciətinin İsrailə cavab olduğunu söyləyib. Mütəxəssislər , Fələstin hökumətinin BMT-yə getməsinin müstəqil bir dövlət olma yolunda əhəmiyyətli bir addım olduğunun vurğulayır. 2012-ci ildə BMT-də " üzv olmayan müşahidəçi dövlət" statusunu qazanan Fələstin , əgər müstəqil bir dövlət olaraq tanınırsa İsrail ilə əlaqədar problemlərini Beynəlxalq Cinayət Məhkəməsinə daşıya biləcək.