Nazirliyin strukturu dəyişdi
20 İyun 2012 13:08 (UTC+04:00)
Prezidentin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamı ilə
təsdiq edilmiş I Əlavədə - "Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin strukturu"nda dəyişikliklər edilməsi
haqqında fərman verib.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin
inkişafı departamentinin regional və yerli bölmələri, Bioloji
müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı departamentinin milli parkların mühafizə və
ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət
yasaqlıqlarının mühafizə bölmələri yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı
departamentinin regional və yerli bölmələrinin və Bioloji
müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parkların
mühafizə və ekoturizm bölmələrinin, dövlət təbiət qoruqları və
dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələrinin
formalaşdırılması hazırda Meşələrin inkişafı departamentinin meşə
mühafizəsi, bərpası və meşəsalma müəssisələrində və Bioloji
müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parklar,
dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarında dövlət
tənzimlənməsi və dövlət nəzarəti funksiyalarını yerinə yetirən
mövcud vəzifələr hesabına həyata keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir ay müddətində
Meşələrin inkişafı departamentinin və Bioloji müxtəlifliyin
qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı
departamentinin strukturlarında müvafiq dəyişikliklər etmək
tapşırılıb. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etməlidir. /AzərTac/