Yanukoviç :"Yanıldım, hisslərimlə hərəkət etdim"

3 Aprel 2014 14:40 (UTC+04:00)

Ukraynanın keçmiş dövlət başçısı Viktor Yanukoviç , Associated Press agentliyi və Rus dövlət televiziyası NTV -ə müsahibə verib. Rusiyaya qaçandan bəri ilk dəfə müsahibə verən və vaxtaşırı  gözləri dolan Yanukoviç , Rusiyadan əsgər göndərməsini tələb etməsinin səhv olduğunu söyləyib.


"Krım bir faciə , böyük bir faciədir" deyən Yanukoviç , iqtidarda qalmış olması halında belə bir vəziyyətin yaşanmamış olacağını müdafiə edib.


Haqqındakı sui-istifadə iddialarını da yalan hesab edən Yanukoviç , paytaxt Kievdəki iqamətgahından başqa digə riqamətgahlarını öz puluyla etdirdiyini iddia edib və fevral ayındakı nümayişlər zamanı təxminən 80 etirazçının iti nişan atəşiylə öldürülməsində məsuliyyətinin olmadığını da iddia edib.


Movqe.Az xəbər verir ki, Yanukoviç , Rusiyaya gələndən bəri Putin ilə iki dəfə telefonda , bir dəfə də üz-üzə görüşdüyünü , bu danışıqların "çətin " keçdiyini və Kırımın yenidən Ukraynaya qatılması üçün müzakirələr etməklə Rusiya liderlərilə yeni danışıqlar edəcəyini bildirib.


Devrilmiş lider, "Krımın maksimum dərəcədə müstəqil lakin Ukraynanın bir hissəsi ola bilməsi üçün yollar axtarmalıyıq" deyə bildirib. Yanukoviç həmçinin Krımda mart ayında keçirilən referendumun, Ukraynadakı radikal millətçilərin hədələrinə bir cavab olduğunu düşündüyünü  bildirərək, Rusiyadan Ukrayna xalqını qorumaq üçün ölkəyə əsgər göndərməsini tələb etməsinin səhv olduğunu söyləyib və "Yanıldım. Duyğularımla hərəkət etdim" deyib.


Nümayişlərin sıxlaşdığı əsnada canını verməyə hazır olduğunu , lakin  bunu etməyin, zorla iqtidarı ələ keçirən "neo-faşistlərə" mükafat olacağını hiss etdiyini söyləyən Yanukoviçin, bu sözləri sərf edərkən göz yaşlarını güclə tutduğu görülüb.


Yanukoviç, Kievdən ayrılarkən avtomobilinə pulemyotlardan atəş açıldığını da iddia edib.