İradəyə həyat yoldaşından qeyri-adi ad günü hədiyyəsi

3 Aprel 2014 15:53 (UTC+04:00)

Sevilən müğənni İradə İbrahimova bu gün yeni yaşına qədəm qoydu.Çevrəsindən hər zaman sevgi və doğmalıq görən İradə xanım bunu Tanrının ona ən böyük hədiyyəsi kimi qiymətləndirir. Xanım sənətçimiz özəl günündə təəssüratlarını Mövqe.az-la bölüşdü:


"Allaha şükür edirəm ki, bu yaşımı görməyi mənə nəsib edir. Tanrımdan sevdiklərimlə, əzizlərimlə, dostlarımla daha çox ad günləri keçirməyi nəsib etməsini diləyirəm. Yaş üstə yaş gəldikcə, daha da dolğunlaşdığımı və kövrək olduğumu anlayıram. Övladım dünyaya gələndən həyatın daha şirin olduğunu bir daha gördüm" – deyən sənətçi axşam dost məclisi təşkil olunacağını bildirdi.


"Axşam ailə üzvlərimiz, dostlarla bir məkana toplaşacıq. Ən önəmlisi isə bu ad günümdə bacım Nigar yanımdadır. İlk təbriki bacımdan, həyat yoldaşım Ceyhundan aldım. Hədiyyələrini bu gün təqdim edəcəklər. İlk hədiyyəm qaynatamdan oldu - antik qramafon. Çox dəyərli hədiyyədir mənim üçün. Ad günümü Əlixan Səmədovun nigah yeməyinə qatılmaqla keçirəcəm. Sonra ailə və dost məclisində davam edəcək".


Əldə etdiyimiz məlumata görə, uzun illərdir Türkiyədə yaşayan balaban ifaçısı Əlixan bəy növbəti dəfə ailə həyatı qurur və azərbaycanılara məxsus restoranların birində nigah yeməyi təşkil edib.