Mövqe.az xəbər verir ki,dünən D qrupunun son oyunları keçirilib. İngiltərə - Ukrayna, parallel matçda isə İsveç Fransa millisi ilə qarşılaşıb. Ukraynalılar ev sahibi olmasına baxmayaraq İngilislər rəqiblərini Runinin 48-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesabla məğlub edib - 1:0.
Digər oyunda isə İsveç yığması Fransaya əməllicə dərs verib və bu turnirdə təsadüfi olmadığını sübut edib. Matç İsveçin 2:0 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb,baxmayaraq ki, hesab daha da çox ola bilərdi. Qeyd edək ki, qolları 54-cü dəqiqədə İbrahimoviç və 90-cı dəqiqədə Larrson vurub. Lakin bu qələbə İsveçə qrupdan çıxması üçün bəs etməyib. Beləliklə İngilislər 1/4 finalda İtaliya yığmasıyla, Fransızlar isə İspanlarla qarşılaşacaqlar.
S.S.V
Movqe.az