Şeyxülislamdan Suriyaya gedənlərə sərt mesaj

3 Aprel 2014 17:53 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Quba rayonunda din xadimləri ilə görüşü zamanı azərbaycanlıların Suriyaya getməsindən danışıb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şeyx Suriyaya gedənlərə sərt mesaj göndərərək belə əməllərin axırının olmadığını söyləyib:
"Suriyaya gedib orada müsəlman müsəlmana qarşı döyüşməməli və bir-birinin qanını tökməməlidirlər. Suriyaya getməkdənsə Qarabağda döyüşmək daha şərəflidir. Özümüzün Qarabağ probelimimiz olduğu halda gedib Suriyada döyüşmək olmaz. Suriyada ölən azərbaycanlıları şəhid adlandırmaq düzgün deyil". 

Daha sonra QMİ sədri Quba Memorial Soyqırımı Kompleksini də ziyarət edib. Şeyxülislam soyqrımı dünyanın ən dəhşətli faciəsi adlandırıb. 

Xatırladaq ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə şimal bölgəsinə səfər edib. Səfər zamanı Şeyx ilk olaraq Quba rayonunda olub. Daha sonra o, Qusar rayonuna səfər edib. Hazırda isə Şeyxin Xaçmaz bölgəsinə səfər etməsi gözlənilir.