Sumqayıtın polis bölmələrindən DİN-ə şikayət ediləcək
3 Aprel 2014 18:13 (UTC+04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri
Sumqayıtdakı polis bölmələrində aşkarladıqları nöqsanlarla bağlı
Daxili İşlər Nazirliyinə müraciət edəcək.
ANS PRESS-in məlumatına görə, MPQ üzvləri Sumqayıt
Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin
idarənin 1, 2 və 3-cü polis bölmələrinə və Abşeron Rayon Polis
Şöbəsinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata
keçiriliblər.
Başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar,
saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin
icrası vəziyyətinin öyrənilməsi olub.
Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən
müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib,
onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına
baxış keçiriblər.
Qeyd edilməlidir ki, qəbul olunmuş şəxslər
müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti
ilə bağlı şikayət etməyiblər. Adıçəkilən MSY-lər standartlara cavab
versə də, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrində
sənədləşmədə nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə
müraciət olunacaq.
Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə
saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar
tövsiyələr verilib.