Azərbaycanda zəlzələ oldu

4 Aprel 2014 11:09 (UTC+04:00)
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 08:51:27-də Qaladan 31 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 51 km, maqnitudası 3,1 olub. Yeraltı təkanlar hiss olunmayıb.