Hadisədən şok qərar !

4 Aprel 2014 12:36 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Hadisə həm avropalı, həm də ki, türk fanatlarına sürpriz edəcəyini açıqlamışdı. İngilis və türk dilində albom çıxaracağını söyləyən müğənni indi fikrindən daşınıb. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, Hadisə ingilis dilində çıxaracağı albomu hələlik təxirə salıb. İfaçı təxirə salma səbəbini də açıqlayıb : "İngilis dilində çıxan albomumu tanıtmaq üçün uzun zaman xaricdə olmam lazım idi. Əgər xaricdə olsaydım türkcə çıxan albomumu burada tanıda bilməyəcəkdim. Ona görə də fikirləşdim və qərara gəldim ki, hələlik ancaq türk dilində albom çıxarım".