Uşaqların dişlərinin çürüməsinə səbəb valideynlərdir!

4 Aprel 2014 13:00 (UTC+04:00)

"Uşaqların 6 yaşından başlayaraq dişləri çürüməyə və tökülməyə balşlayır. Bunun səbəbi valideynlərin onlara hədsiz şirniyyat məhsulları verməsidir" İngiltərə səhiyyə başçısı belə deyir.

 Movqe.Az "Daily Express"ə istinadən xəbər  verir ki, Kornval Şurasının uşaqlar üçün xidmət rəhbəri Andru Vallis əyalətdəki uşaqların diş çürüməsi epidemiyasından əziyyət çəkdiyini deyib. O, valideynlərin uşaqlarının diş gigiyenasına laqeyd qaldığını söyləyib. Cənab Vallis Milli Səhiyyə Təşkilatının hesablamalarına görə, uşaqların 99 faizinin müntəzəm olaraq dişlərini fırçalamadığını söyləyib.

 "Mən valideynlərə deyə bilmərəm ki, uşaqlarınıza şirniyyat verməyi dayandırın. Yaxşı olardı ki, onların sağlam dişlərlə böyüməsinə kömək edəsiniz"