Bakının daha bir avtomobil yolunda sürət həddi artırıldı

20 İyun 2012 13:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakının daha bir yolunda sürət haddi artılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev verdiyi məlumatda Bakı-Sumqayıt yolunun Bakı-Xırdalan dairəsi hissəsində avtomobillərin sürət həddi artırıldığını bildirib.

"Bu yolda sürət həddi artırılaraq saatda 90 km-ə çatdırılıb. Sürət həddinin artırılmasında məqsəd həmin yolda yarana biləcək tıxacın aradan qaldırılmasıdır. Bundan da əlavə olaraq, həmin yolda yaşayış məntəqələri olduğundan, vətəndaşlar üçün yerüstü və yeraltı keçidlər qurulub. Bu isə bildiyimiz kimi yolun daha da təhlükəsiz olmasına imkan yaradır. Buna görə də yolda nəqliyyat vasitələrinin sürət həddi saatda 90 km-ə çatdırılıb", - Kamran Əliyev dedi.

 Qeyd edək ki, həmin yolda sürət həddi saatda 70 km olub.

Türkan Nadirqızı

Movqe.Az