McDonalds Krımdan geri çəkildi

4 Aprel 2014 14:50 (UTC+04:00)

Krımın ötən ay Rusiyaya birləşməsindən sonra yarımadada Qərb mədəniyyətinin simvolu sayılan McDonaldsın satışları azaldı. 


McDonaldsın Ukraynadakı mərkəzi tərəfindən edilən şərhdə, "Əlimizdə olmayan texniki səbəblərdən ötəri Krımın üç böyük şəhəri Simferopol, Sevastopol və Yaltadakı şöbələrimizi bağlamaq məcburiyyətində qaldıq. Gələcəkdə yarımadaya dönməyi ümid edirik "deyilib. 


Movqe.Az xəbər verir ki, Krımdakı McDonalds zəncirinin öz iradəsiylə, yoxsa yerli rəhbərliyin təzyiqi ilə belə bir qərar aldığı hələlik bilinmir.

McDonalds Sovet İtifaqına girən ilk fast food markası olmuşdu. 31 dekabr 1990-cı il tarixində Mixail Qorbaçovun xüsusi icazəsiylə Moskvanın məşhur Puşkin meydanında açılan ilk şöbənin qarşısında Lenin movzeliyindən çox uzun növbə meydana gəlmişdi.