İnternetdə seks xidməti təklif qadınlarla bağlı daha bir ŞOK
4 Aprel 2014 16:44 (UTC+04:00)
Müxtəlif tanışlıq saytlarında intim təklif üçün əlaqə nömrəsi qoyan
qadınlar əksər hallarda kişilərdən şantaj yolu ilə külli miqdarda
pul alırlar. Bu sözləri Movqe.az-a
açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova
bildirib ki, bu qadınlar çox vaxt kişiləri öz evlərinə dəvət edərək
mənzillərində intim xidmət göstərmək üçün razılaşırlar:
" Həmin qadınlar çılpaq
şəkillərini "odnoklassniki.ru" və başqa saytlara yerləşdirərək
kişiləri ehtirasa gətirən foto yerləşdirirlər. Eyni zamanda
nömrə də qoyurlar. Həmin nömrə ilə əlaqə saxlayaraq cinsi yaxınlıq
etmək istəyənlərlə bu xidməti göstərdikdən sonra həmin
qadınlar kişini şantaj edərək polis çağırmaqla hədələyirlər ki,
güya onları zorlayıblar. Bu yolla kişilərin ciblərindəki son qəpiyi
aldıqdan sonra buraxırlar.Odur ki, kişilər belə təkliflərə qarşı
diqqətıi olmalı, onların tələsinə düşməməlidirlər".
Qeyd edək ki, bu gün "Qafqazinfo.az" saytında da qadınları
internet vasitəsilə tələyə salan qadınlarla bağlı yazı dərc olunub.
Həmin qadınların tələsinə onlarla kişinin düşdüyü
bildirilir.