Nigah 5 manata qeydə alınır

20 İyun 2012 15:05 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ölkədə nikahın qeydə alınması üçün tələb olunan dövlət rüsumunun məbləği 5 manat təşkil edir.

Azərbaycan Respublikasında nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.

Qeyd edək ki, nikahın qeydə alınması üçün isə nikaha daxil olmaq barədə ərizə, nikaha daxil olanların şəxsiyyətini müəyyən edən sənədlər, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim olunmalıdır.   

Türkan Nadirqızı

Movqe.Az