Beyonsu məhkəməyə verirlər

4 Aprel 2014 18:42 (UTC+04:00)

Məşhur müğənni pis vəziyyətdə qalıb. Çikaqodakı konsert zamanı Beyonsun iki pərəstişkarı Rakel Kastellanos və Qabriella Devidson digər pərəstişkarların təpiyi altında qalaraq xəsarət alıb.

 

Bu səbəbdən hər iki qız müğənnini məhkəməyə verir. Qızlar səhnənin ön sıralarında olmaq üçün əvvəlcədən bahalı biletlər alaraq konsertə erkən gəliblər. Zala gedən qapıların yanında duran xanımlar, qapılar açılarkən insan axınına məruz qalaraq yerə yıxılıb və təpiklər altda qalıblar. Nəticədə pərəstişkar qızlar bir neçə sınıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar konsert təşkilatçıları olan Beyons və onun komandasını məhkəməyə vermək niyyətindədilər. Qızların kompensasiya   qismində nə istədikləri barədə məlumat verilmir.