Xəzər TV-nin aparıcısına vəzifə verildi

5 Aprel 2014 00:10 (UTC+04:00)

"Xəzər Xəbər"in keçmiş aparıcısına yeni vəzifə verilib.


Movqe.az azxeber.com-a istinadən xəbər verir ki, uzun illər Xəzər TV-də yayımlanan "Xəzər Xəbər"in aparıcısı olan Cəlalə Nəzəroğlu bundan sonra faəliyyətini "İnterAZ" televiziyasında davam etdirəcək. O televiziyanın xəbərlər proqramının rəhbəri təyin olunub.


Xəbəri təsdiqləyən telejurnalist Xəzər TV-dən dostcasına ayrıldığını da vurğulayıb. 


Həmkarımıza yeni işində uğurlar arzulayırıq.