Misir Mərdanov da nurçulardan danışdı

4 Aprel 2014 19:30 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov "nurçuların" Azərbaycan təhsilinə ayaq açması məsələsinə münasibət bildirib. Movqe.az xəbər verir ki, sabiq nazir M.Mərdanov Publika.Az-a açıqlamasında deyib: "Mənim adımın "nurçuların" Azərbaycan təhsilinə daxil olması məsələsində hallandırılması doğru deyil. Eybi yox, qoyun adımı hallandırsınlar, sübutları olsa nəsə deyərlər. Mən bunlara fikir vermirəm. Mən bildiyimə görə onlar Azərbaycana 1991-ci ildən gəlməyə başlayıblar. Mən isə 1998-ci ildən təhsil naziri olmuşam. Odur ki, onların bura gəlməsinin mənimlə heç bir əlaqəsi yoxdur".