Abituriyentlər musiqi müəllimliyi ixtisasına sənəd verə bilərlər
5 Aprel 2014 10:31 (UTC+04:00)
Ali təhsil müəssisələrinin musiqi müəllimliyi
ixtisasına fortepiano, tar, kamança, qarmon, saz alətləri üzrə
musiqi təhsili almış və bu barədə müvafiq sənədi (diplom və ya
şəhadətnamə) olan abituriyentlər sənəd verə
bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat
mərkəzindən ans press-ə daxil olan məlumata görə, bu ixtisas üzrə
seçmə turda abituriyentlər musiqi təhsili aldığı alətdə müvafiq
proqram ifa etməlidirlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin musiqi müəllimliyi ixtisasına fortepiano, skripka,
tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və
bununla bağlı müvafiq sənədi (şəhadətnamə) olan abituriyentlər
sənəd verə bilərlər.
Bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi
təhsili aldıqları alətdə müvafiq proqram ifa
etməlidirlər.
Səhifənin qisa keçidi: (tqdk.gov.az)