Çində zəlzələ: yaralılar var

5 Aprel 2014 11:00 (UTC+04:00)
Çində insanların xəsarət alması ilə nəticələnən zəlzələ baş verib. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, bu gecə Çinin cənub-qərbində 5,3 bal gücündə zəlzələ meydana gəlib. İlkin məlumatlara əsasən zəlzələdə ən az 3 nəfərin yaralandığı bildirilir. 

Yeraltı təkanın episentri Siçuan əyalətində, Siludu kəndi yaxınlığında baş verib. Ölkənin ən böyük hidroelektrik stansiyalarından biri məhz bu kənddədir. Hal-hazırda su elektrik stansiyası normal fəaliyyətini davam etdirir.

Yunnan əyalətinin Yunşan rayonunda da evlərin dağıldığı, yolların sıradan çıxdığı və uçqunların olduğu bildirilir.
Hadisə yerinə xilasetmə briqadası və müfəttişlər göndərilib.

Qeyd edək ki, yeraltı təkanları Siçuan əyalətinə yaxın sakinlər də hiss edib.