Abşeronda ikimərtəbəli ev yandı

5 Aprel 2014 12:03 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində  mətbəx əşyaları 10 kv.m sahədə yanıb.

 

Movqe.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.