Davudoğludan Bakı səfəri ərəfəsində sərt addım

5 Aprel 2014 12:03 (UTC+04:00)

Türkiyənin ABŞ-dakı Səfirliyinin Mətbuat katibi Mustafa Sunqur vəzifəsindən azad edilib. 

 

Movqe.az axar.az-a istinadən  xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. 

 

Mətbuat Mustafa Sunqurun Fətullah Gülənin ölkənin Xarici İşlər Nazirliyində əsas adamlarından biri olduğunu bildiriblər. Onun vəzifəsindən Əhməd Davudoğlunun qərarıyla uzaqlaşdırıldığı söylənilib. Mətbuat Ə.Davudoğlunun bu addımı Baş nazirin Azərbaycan səfəri ərəfəsində atdığını yazıb. 

 

Mustafa Sunqur Gülən şəbəkəsinə Xarici İşlər Nazirliyində olan müəyyən sənədlərin ötürülməsində günahkar hesab edilir.