Əfqanlar prezident seçir

5 Aprel 2014 13:01 (UTC+04:00)
Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir. Movqe.az ans press-ə istinadən xəbər verir ki ,seçkilərdə prezidentlik kürsüsü uğrunda 8 namizəd mübarizə aparır. Namizədlərdən üçü seçkilərin favoriti sayılır. Bunlar keçmiş maliyyə naziri Əşrəf Qəni, sabiq xaric işlər nazirləri Rəsul Zalmay və Abdulla Abdulladır. 2001-cu ildə "Taliban" hərəkatının devrilməsindən sonra prezident seçilən hazırki prezident Həmid Kərzai isə, Əfqanıstan Konstitusiyasına uyğun olaraq, üçüncü müddətə namizədliyini irəli sürə bilməz. 

Bu gün Əfqanıstanda həmçinin bələdiyyə seçkiləri də keçiriləcək. 

Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir. Təhlükəsizlik tədbirlərinə 400 minə yaxın polis və hərbçi cəlb edilib.