Rusiya səfirlərinin şok səsyazısı yayıldı: “Krım hələ başlanğıcdır” (AUDİO)
5 Aprel 2014 13:05 (UTC+04:00)
İnternetdə Rusiyanın Malavi və Zimbabvedəki səfiri
Sergey Baxarev və Eritreyadakı səfiri İqor Çubarovun şok telefon
danışığı yayılıb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
telefon danışığı BMT-də Ukrayna ilə bağlı keçirilən iclasdan sonra
baş tutub.
Telefon söhbəti zamanı İqor Çubarov Zimbabvenin
BMT-dəki nümayəndəsinin Ukrayna ilə bağlı məsələdə düzgün mövqe
tutduğuna görə Sergey Baxarevi təbrik edib. Baxarev isə Çubarovdan
Eritreyanın Ukrayna məsələsində niyə bitərəf qaldığını soruşub. Hər
iki səfir Eritreyanın belə mövqeyindən təəccübləndiyini
deyib.
Bundan başqa İqor Çubarov səfiri olduğu ölkəsini
Abxaziya və Cənubi Osetiyanı tanımağa məcbur edəcəyinə söz
verib.
Daha sonra Krımın Rusiyaya birləşdirilməsindən
danışan səfirlər bunun başlanğıc olduğunu deyiblər: "Sırada hələ
başqa muxtar bölgələr də var".
Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən telefon
danışığı ilə bağlı açıqlama verməkdən imtina edib və səsyazısını
"bəzi səslər, titrlər, şəkillər olan video"
adlandırıb.