Azərbaycanda dəhşətli qəza

5 Aprel 2014 13:05 (UTC+04:00)
Ötən gecə Masallı rayonunda minik maşını körpüdən aşıb. 

Movqe.az ans press-in bölgə müxbirinin verdiyi məlumata görə xəbər verir ki, ağır qəza nəticəsində 3 nəfər yaralanıb.

Hadisə Masallı-Yardımlı şosse yolunun rayonun Şıxlar kəndindən keçən hissəsində qeydə alınıb. Həmin yolda hərəkətdə olan 1990-cı il təvəllüdlü Aşurəli Cahangirovun idarə etdiyi "Volkswagen Passat" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Avtomobil 30 metrlik dərəyə yuvarlanıb.

Qəza nəticəsində Aşurəli Cahangirov, onun qohumları Ceyhun Cahangirov və Valid Cahangirov ağır yaralanıblar. Onlar xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdiriblər.

İlkin ehtimala görə, hadisə sürət həddinin keçməsi nəticəsində baş verib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.