Mustafa Sandal:"Azərbaycan dilində mahnı öyrənəcəm"
5 Aprel 2014 14:00 (UTC+04:00)
Türkiyəli məşhur müğənni Mustafa Sandal Bakıya
gəlib. MOvqe.az ans press-ə istinadən xəbər verir ki , ifaçı bu gün
saat 19:00-da Heydər Əliyev sarayında "Təsir altında" adlı konsert
proqramı ilə çıxış edəcək. Məhz bu səbəblə Mustafa ötən gün yerli
media nümayəndələrini ətrafına toplayıb konsert ilə bağlı mətbuat
konfransı keçirib. Bir çox ölkələrə həyat yoldaşı Əminə Sandal ilə
gedən ifaçı bu dəfə tək gəldiyini deyib: "Bu aralar Əminənin işləri
çoxdur, televiziya layihəsində iştirak edir. Bundan əlavə olaraq
konsert proqramına hazırlaşır. Bu səbəbdən həyat yoldaşım bu gün
mənimlə gələ bilmədi. Əksər zamanlarda isə biz çalışırıq ki, mən
uşaqlarımın yanında olmayanda heç olmasa Əminə onlarla birlikdə
olsun".
Müxbirlərin suallarını sərbəst cavablandıran,
ara-sıra zarafatlar edən ifaçı Bakıda verəcəyi konsertə ciddi
hazırlaşdığını vurğulayıb: "Azərbaycana 17 nəfərlik musiqi
heyətimlə gəlmişəm, yeni albomumdan olan sevilən mahnıları ifa
edəcəm. Bundan əlavə olaraq yeni oranjeman olunan mahnılarımı da
səsləndirəcəm. Sabaha qədər çatdırsam çalışacam Azərbaycan dilində
bir mahnı öyrənim və tamaşaçılarım üçün ifa
edim".
İfaçının maraq yaradan cavablarından biri isə
yerli müğənnilərdən heç kimi tanımadığını bildirməsi olub: "Yeni
müğənnilərinizdən heç kimi tanımıram, Zeynəb Xanlarova, Rəşid
Behbudov və onun "Sevgilim" mahnısını bilirərəm. Yeniləri
tanımamağımın günahı məndə deyil. Ola bilsin ki, onlar yetərincə
özlərini tanıda bilməyiblər".
Türkiyədən qonaq gələn digər müğənnilərdən fərqli
olaraq Mustafa Sandan çox sayda mühafizəçiyə ehtiyacı olmadığını
bildirib: "Allaha şükür mən özüm-özümü qoruya bilirəm, hər gün
ciddi olaraq idmanla məşğul oluram, həyatdır başımıza hər şey gələ
bilər. Məhz ona görə də mühafizəyə ehtiyac
duymuram".
Sənətçi rəngli geyimləri sevmədiyini əksər
zamanlarda eyni rəngli libaslara üstünlük verdiyini bu gün konsert
proqramında isə iki geyimdə tamaşaçıların qarşısına çıxacağını
bildirib.