Vulkan püskürdü: sakinlər üçün təhlükə yarandı
5 Aprel 2014 15:03 (UTC+04:00)
Ekvadorda Tunquraua vulkanının püskürməsi əhali
üçün təhlükə yaradıb.
Movqe.az ans press-ə istinadən bildirir ki ,
ölkənin mərkəzi bölgəsində, paytaxt Kito yaxınlığında yerləşən
vulkan 10 kilometr yüksəkliyə kül və tüstü püskürüb. Rəsmilərin
sözlərinə görə, bu, vulkanın yaxın vaxtlarda lava püskürəcəyi
ehtimalını artırıb.
Vulkan fevralın əvvəllərindən fəallaşmağa
başlayıb, ötən gün isə vulkanda güclü partlayış baş verib. 1999-cu
ildən bəri fəal olan Tunquraua vulkanının risk yaradacağı təqdirdə,
Kito sakinlərinin bir hissəsinin evakuasiyası istisna
edilmir.