Kraliça Papaya viski və yumurta hədiyyə etdi
5 Aprel 2014 15:08 (UTC+04:00)
Böyük Britaniya kraliçası II Yelizaveta ilk dəfə
Roma Papası Fransıskla ilə görüşüb. Movqe.az asn press-ə istinadən
xəbər verir ki, görüş zamanı II Yelizaveta Roma Papasına viski
şüşəsi və 10 yumurta hədiyyə edib. Kraliça bu hərəkətlə Roma
Papasını təəccübləndirmək istədiyini deyib. O bildirib ki, papaya
qeyri-adi bir şey bağışlamaq istəyib.
Öz növbəsində Fransısk kraliçaya daş xaç hədiyyə
edib. Bu hədiyyə kraliçanın nəticəsi şahzadə Corc üçün nəzərdə
tutulub.
Qeyd edək ki, ötən gün II Yelizaveta İtaliya
prezidenti Corco Napolitanoyla Kvirinalski sarayında səhər yeməyi
yeyib və sonra kral korteji Vatikana yola düşüb. Gözlənildiyi kimi
Roma Papasıyla görüş qısa olub və təxminən 30 dəqiqə davam
edib.